Millimizin qapıçısının durumuna aydınlıq gəldi

Millimizin qapıçısının durumuna aydınlıq gəldi Azərbaycan Premyer Liqasının II turunda "Neftçi" ilə matçda xəsarət alan "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun zədəsi elə də ciddi deyil.
Futbol
480
12 Sentyabr , 2020 14:38
Millimizin qapıçısının durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının II turunda "Neftçi" ilə matçda xəsarət alan "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun zədəsi elə də ciddi deyil. 

"Report" xəbər verir ki, 28 yaşlı qolkiper paytaxt təmsilçisi ilə görüşdə əzələsini dartıb. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu sentyabrın 13-də tibbi müayinədən keçəcək. 

Qeyd edək ki, "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. Mehdi Cənnətov birinci hissənin sonunda əvəzlənib və onun yerinə meydana Aydın Bayramov daxil olub. 

Son xəbərlər

Orphus sistemi