Millimizin qapıçısından xadiməyə qarşı təqdirəlayiq davranış

Millimizin qapıçısından xadiməyə qarşı təqdirəlayiq davranış Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə səfər oyununda inamlı çıxışı ilə yanaşı, xanıma qarşı ibrətamiz davranışı ilə diqqət çəkib.
Futbol
9 Mart , 2021 21:36
Millimizin qapıçısından xadiməyə qarşı təqdirəlayiq davranış

Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə səfər oyununda inamlı çıxışı ilə yanaşı, xanıma qarşı ibrətamiz davranışı ilə diqqət çəkib.

"Report"un məlumatına görə, 30 yaşlı qapıçı ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış rəqib oyunçunun zərbəsinin qarşısını alarkən yerə yıxılıb.

Tezliklə ayağa qalxan Hüseynli bərpa məşqi etdiyi vaxt kənarda əyləşən təmizlik işçisi dərhal meydana daxil olaraq, yeri silmək istəyib. Bu zaman millinin qapıçısı dərhal xadimənin əlindən döşəməsiləni alıb və bu işi özü görüb.

Qeyd edək ki, hazırda ikinci hissə oynanılır və hesab Azərbaycan millisinin xeyrinədir - 2:0.

Son xəbərlər

Orphus sistemi