Millimizin qapıçısı başından ağır zədə aldı

Millimizin qapıçısı başından ağır zədə aldı Məhəmmədəliyev daha sonra xəstəxanaya aparılıb
Futbol
194
16 Aprel , 2021 18:34
Millimizin qapıçısı başından ağır zədə aldı

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ağır zədə alıb.

"Report"un məlumatına görə, 27 yaşlı qolkiper rəqib hücumçu Amil Yunanovla toqquşub. Forvardın ayağı Məhəmmədəliyevin başına dəyib.

Başı yarılan qapıçı görüşə davam edə bilməyib. Onun yerinə 30-cu dəqiqədə Emil Balayev daxil olub.

Əsəblərini cilovlaya bilməyən qolkiper birbaşa paltardəyişmə otağına yollanıb. Məhəmmədəliyev daha sonra xəstəxanaya aparılıb.

İlkin məlumata görə, o, bir ay yaşıl meydanlardan uzaq qalacaq

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb. Daha əvvəl "Qarabağ"ın heyətində Filip Ozobiç 13-cü dəqiqədə zədələnərək meydanı tərk edib.

Son xəbərlər

Orphus sistemi