Millimizin qapıçısı Fransa klubu ilə müqavilə bağladı

Millimizin qapıçısı Fransa klubu ilə müqavilə bağladı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın "Klermon" klubuna keçib.
Futbol
8 Yanvar , 2021 16:23
Millimizin qapıçısı Fransa klubu ilə müqavilə bağladı
Eldar Tağızadə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın "Klermon" klubuna keçib.

"Report"un məlumatına görə, 18 yaşlı qapıçı yeni komandası ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, gənc qolkiperin ilk peşəkar sözləşməsidir.

Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. Müqavilə bağlamaqla o, "Klermon"un ikinci və U-19 komandasında forma geyinmə fürsəti qazanıb.

Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda "Neftçi"nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada "Fundacion Marcet" futbol akademiyasında oynayıb.

Son xəbərlər

Orphus sistemi