Millimizin oyunlarının təqvimi müəyyənləşdi

Millimizin oyunlarının təqvimi müəyyənləşdi Qadınlardan ibarət Azərbaycan milli komandasının 2023-cü il dünya çempionatının seçmə oyunları üçün təqvimi bəlli olub.
Futbol
8 May , 2021 11:15
Millimizin oyunlarının təqvimi müəyyənləşdi

Qadınlardan ibarət Azərbaycan milli komandasının 2023-cü il dünya çempionatının seçmə oyunları üçün təqvimi bəlli olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda ilk oyununu sentyabrın 17-də səfərdə Rusiyaya qarşı keçirəcək.

Komanda seçmə mərhələyə 2022-ci il sentyabrın 6-da Bosniya və Herseqovina ilə ev oyunu ilə yekun vuracaq.

2021

17 sentyabr

Rusiya - Azərbaycan

21 sentyabr

Azərbaycan - Danimarka

21 oktyabr

Monteneqro - Azərbaycan

26 oktyabr

Azərbaycan - Malta

25 noyabr

Azərbaycan - Rusiya

30 noyabr

Azərbaycan - Monteneqro

2022

7 aprel

Bosniya və Herseqovina - Azərbaycan

12 aprel

Danimarka - Azərbaycan

2 sentyabr

Malta - Azərbaycan

6 sentyabr

Azərbaycan - Bosniya və Herseqovina

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi