Millimizin qapıçısı: "Qrupun favoriti Azərbaycandır"

Millimizin qapıçısı: "Qrupun favoriti Azərbaycandır" “Birinci, Yunanıstan – Türkiyə cütü barədə danışaq. Mənə elə gəlir ki, rəqibimiz Yunanıstan olacaq. Çünki Türkiyədə futzal o qədər də inkişaf etməyib. Yunanıstanda isə bir az inkişaf var".
Futbol
1643
3 Sentyabr , 2020 10:14
Millimizin qapıçısı: Qrupun favoriti Azərbaycandır
Rövşən Hüseynli

“Birinci, Yunanıstan – Türkiyə cütü barədə danışaq. Mənə elə gəlir ki, rəqibimiz Yunanıstan olacaq. Çünki Türkiyədə futzal o qədər də inkişaf etməyib. Yunanıstanda isə bir az inkişaf var. Hətta orada əcnəbi məşqçilər də çalışır. Ona görə də Ellada təmsilçisinin bizim qrupa düşməsi daha inandırıcıdır”.

Bu fikirləri “Report”a açıqlamasında futzal üzrə Azərbaycan millisinin oyunçusu Rövşən Hüseynli 2022-ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

29 yaşlı qapıçı digər rəqiblərin çox tanış komandalardan ibarət olduğunu bildirib. O deyib ki, Slovakiya son vaxtlar Azərbaycan üçün əzbər tanıdığı komandaya çevrilib: “Elit-raund çərçivəsində Bakıya da gəlmişdilər. Slovakiya ilə oyun mənim üçün daha fərqlidir. Çünki yığmada ilk rəsmi matçımı bu kollektivə qarşı keçirmişəm. Bakıdakı qarşılaşmada tam fərqli konsentrasiya var idi. Onları 2:0 hesabı ilə məğlub edə bildik. Daha sonra fevralda yenidən qarşılaşdıq və görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşdı. Bəlkə də bu nəticə başqa fikirlər formalaşdıra bilər. Amma həmin vaxt qrupda vəziyyətimiz tam fərqli idi. Kefimiz yerində deyildi”.

Təcrübəli qolkiperin sözlərinə görə, qrupun favoriti Azərbaycan millisidir. Lakin o, indidən iddialı danışmağın bir qədər çətin olduğunu əlavə edib: "Altı aydır evdəyik, necə olacağını bilmirik. Karantin bu ayın sonunadək uzadılıb. Keçmiş oyunları nəzərə alsaq, favorit bizik. Bununla belə, indi zəif komanda yoxdur. Hamı öz üzərində işləyir. Dəfələrlə Moldova yığması ilə qarşılaşıb onları məğlub etmişik. Səhv etmirəmsə, sonuncu seçmə mərhələdə də bizimlə eyni qrupda idilər. Amma daim inkişaf edirlər, çempionatları davam edir. Bizdə isə sakitçilikdir”.

Hüseynli oyunların harada keçiriləcəyinin hələ bilinmədiyini də vurğulayıb: “Sistem dəyişib, yığmalar bir ölkədə yığışmırlar. Matçlar müxtəlif vaxtlarda olacaq. Yeni sistemdə bir az fərqlidir. Qrupun oyunları əvvəllər dörd ölkədən birində olurdu. Bu dəfə belə deyil. Böyük futboldakı kimi, oyunlarımızdan birini səfərdə, digərini evdə keçirəcəyik. Üstünlüklərimizdən biri odur ki, millimizdə çıxış edən legionerlər öz klublarında məşq edir, oyun keçirirlər. Onlar formada olacaqlar. Bizə də bu lazımdır ki, yığmaya çağırılanlar öz üzərilərində işləsinlər”.

Qeyd edək ki, Azərbaycan yığması Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə 3-cü qrupda mübarizə aparacaq.

Orphus sistemi