Millimizin Moldova ilə səfər matçının hakimləri bilindi

Millimizin Moldova ilə səfər matçının hakimləri bilindi Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər maçtının hakimləri açıqlanıb
Futbol
140
23 Fevral , 2021 16:00
Millimizin Moldova ilə səfər matçının hakimləri bilindi

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər maçtının hakimləri açıqlanıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun əsas referisi polşalı Damian Qrabovski olacaq.

İkinci hakim funksiyasını isə onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək.

Qeyd edək ki, martın 9-da Moldovanın paytaxtı Kişinyovdakı "Futzal Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Bu komandalar arasında ilk oyun isə martın 4-də Bakı İdman Sarayında keçirləcək. Matç saat 19:00-da başlayacaq.

Jose Alesionun baş məşqçi olduğu komanda iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.

Son xəbərlər

Orphus sistemi