Millimizin məşqçisi "Neftçi"nin oyununu izləyəcək

Millimizin məşqçisi "Neftçi"nin oyununu izləyəcək Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Gürcüstana yollanıb.
Futbol
6 İyul , 2021 11:13
Millimizin məşqçisi Neftçinin oyununu izləyəcək
Canni De Byazi və Arif Əsədov

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Gürcüstana yollanıb.

"Report" xəbər verir ki, 51 yaşlı mütəxəssis yığmanın baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, "Neftçi"nin Tbilisidə "Dinamo"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu izləyəcək.

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi