Millimizin hücumçusu əvəzedici komandanın heyətində meydandan qovuldu

Millimizin hücumçusu əvəzedici komandanın heyətində meydandan qovuldu Qarşılaşma "Sabah-2"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb
Futbol
6 Mart , 2021 16:51
Millimizin hücumçusu əvəzedici komandanın heyətində meydandan qovuldu

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Sabah" klubunun əvəzedici komandasında meydana çıxıb.

"Report" xəbər verir ki, 25 yaşlı hücumçu I Diviziounun XVI turunda "Qaradağ Lökbatan"la matçda iştirak edib.

Görüşə start heyətdə başlayan Şeydayev 63 dəqiqədə hakimlə dialoqdan sonra birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, qarşılaşma "Sabah-2"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi