Millimizin hücumçusu ABŞ liqasında növbəti qolunu vurdu

Millimizin hücumçusu ABŞ liqasında növbəti qolunu vurdu Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ Milli Liqasında "Finiks Rayzinq" komandasının heyətində növbəti qolunu vurub.
Futbol
890
23 Avqust , 2020 11:41
Millimizin hücumçusu ABŞ liqasında növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ Milli Liqasında "Finiks Rayzinq" komandasının heyətində növbəti qolunu vurub. 

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu bu dəfə "Las-Veqas Layts" ilə səfər matçında fərqlənib. Meydana start heyətdə çıxan Dadaşov 5-ci dəqiqədə hesabı açıb. Beləliklə, o, mövsümdə 6-cı qoluna imza atıb. Sonadək meydanda olan təcrübəli forvard 68-ci dəqiqədə məhsuldar ötürmə ilə də yadda qalıb. Görüş isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.  

Hazırda "Finiks Rayzinq" B qrupunda 9 oyundan 20 xalla liderdir. 

Son xəbərlər

Orphus sistemi