Millimizin futbolçusunun cəzası endirilmədi, əlavə təzminat da ödəməlidir

Millimizin futbolçusunun cəzası endirilmədi, əlavə təzminat da ödəməlidir Eddi İsrafilovun üç il müddətinə həbs edilməsi hələlik qüvvədə qalıb. Bundan əlavə o, dəymiş ziyana görə qarşı tərəfə 30 min avro ödəməlidir
Futbol
1488
14 Oktyabr , 2020 17:39
Millimizin futbolçusunun cəzası endirilmədi, əlavə təzminat da ödəməlidir
Eddi İsrafilov

2016-cı ildə İspaniya "Eybar"ında çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunan Azərbaycan millisinin və "Albasete"nin futbolçusu Eddi İsrafilov bu gün məhkəmə qarşısına çıxıb.

"Report" "Mundodeportivo" nəşrinə istinadən xəbər verir ki, məhkəmə prosesi sabah davam edəcək. İsrafilovun üç il müddətinə həbs edilməsi hələlik qüvvədə qalıb. Bundan əlavə o, dəymiş ziyana görə qarşı tərəfə 30 min avro ödəməlidir.

Prokurorluq Enriç və Lunaya üçün cəzanın 5 ildən 2 ilə endirilməsinə razı olub. Bu səbəbdən, onlar həbs edilməyəcək və zərərçəkənə 110 min avro təzminat ödəyəcəklər.

Son xəbərlər

Orphus sistemi