Millimizin futbolçusunun Çempionşip klubuna keçidi alınmadı

Millimizin futbolçusunun Çempionşip klubuna keçidi alınmadı Azərbaycan millisinin və İngiltərə "Vulverhempton"unun futbolçusu Renat Dadaşovun "Koventri" klubuna keçidi baş tutmayıb.
Futbol
3 Avqust , 2020 15:22
Millimizin futbolçusunun Çempionşip klubuna keçidi alınmadı

Azərbaycan millisinin və İngiltərə "Vulverhempton"unun futbolçusu Renat Dadaşovun "Koventri" klubuna keçidi baş tutmayıb.

"Report" Britaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçunu icarəyə götürmək istəyən Çempionşip təmsilçisi qarşı tərəflə razılığa gələ bilməyib.

Bununla belə, gənc forvardın başqa komandaya icarəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib. 

Son xəbərlər

Orphus sistemi