Millimizin futbolçusundan koronavirusa yoluxması ilə bağlı açıqlama

Millimizin futbolçusundan koronavirusa yoluxması ilə bağlı açıqlama "Sloveniya ilə qolsuz heç-heçə etdiyimiz oyundan sonra otelə gəldik. Ondan sonra hər şey qaydasında idi. Növbəti gün isə Zaqrebə yola düşdük. Həmin axşam isə otaqda temperaturum qalxdı".
Futbol
435
16 Noyabr , 2020 17:16
Millimizin futbolçusundan koronavirusa yoluxması ilə bağlı açıqlama
Təmkin Xəlilzadə

"Sloveniya ilə qolsuz heç-heçə etdiyimiz yoldaşlıq oyunundan sonra otelə getdik. Hər şey qaydasında idi. Növbəti gün Zaqrebə yola düşdük. Həmin axşam isə otaqda temperaturum qalxdı".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı danışarkən deyib.

27 yaşlı sol cinah oyunçusu özünü pis hiss etdiyini bildirib: "Daha sonra test verdik və nəticəsi müsbət oldu. Hazırda oteldə karantindəyəm. Otaqdan bayıra çıxmağa icazə yoxdur. Ən azı 10 gün belə olacaq. Temperaturum bir az düşüb. Halsızlıq və baş ağrısı var".

Qeyd edək ki, Təmkin Xəlilzadədən başqa yığmanın digər üzvü Rahil Məmmədov da koronavirusa yoluxub. Hər iki futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Monteneqro ilə matçını (0:0) buraxıb.

Son xəbərlər

Orphus sistemi