Millimizin futbolçusu UEFA-nın sosial layihəsində iştirak etdi

Millimizin futbolçusu UEFA-nın sosial layihəsində iştirak etdi UEFA-nın Uşaq Fondunun koronavirus pandemiyası səbəbindən elan olunmuş karantin rejimində azyaşlı futbolçuları sevindirmək məqsədilə təşkil etdiyi Çempion müəllimlər rubrikasınının növbəti buraxılışı olub.
Futbol
268
30 Aprel , 2020 20:51
Millimizin futbolçusu UEFA-nın sosial layihəsində iştirak etdi

UEFA-nın Uşaq Fondunun koronavirus pandemiyası səbəbindən elan olunmuş karantin rejimində azyaşlı futbolçuları sevindirmək məqsədilə təşkil etdiyi "Çempion müəllimlər" rubrikasınının növbəti buraxılışı olub.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan onlayn görüşdə Avropa futbolunun aparıcı məşqçiləri və oyunçuları ilə yanaşı, Azərbaycan millisi və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev də "müəllim" qismində iştirak edib.

Əvvəlcə karyerası barədə məlumat verən 28 yaşlı futbolçu "Qarabağ"la qazandığı tarixi uğurlardan söz açıb. Ardınca Azərbaycanın tanınmış şairlərindən Bəxtiyar Vahabzadənin "Ömür", Mikayıl Müşfiqin "Həyat sevgisi" və Ramiz Rövşənin "Gedək biz olmayan yerə" şeirlərini səsləndirib.

Q.Qarayev sonda isə uşaqlara pandemiya dövründə evdə qalmağı və gigeyena qaydalarına ciddi əməl etməyi məsləhət görüb.

Qeyd edək ki, "Çempion müəllimlər" rubrikasında Qara Qarayevlə yanaşı, Belçika millisinin ispaniyalı baş məşqçisi Roberto Martines, UEFA qadın futbolunun rəhbəri və "Qızıl top"un keçmiş sahibi Nadin Kessler, Qazaxıstanın "Astana" klubunun yarımmüdafiəçisi Abay Junusov da uşaqlara maraqlı hekayələr, nağıllar danışıb, şeir deyiblər.

Son xəbərlər

Orphus sistemi