Millimizin futbolçusu Superliqa klubunun düşərgəsində olub

Millimizin futbolçusu Superliqa klubunun düşərgəsində olub "Sumqayıt" klubunun futbolçusu Rüfət Abdullazadə Türkiyə Super Liqasında çıxış edən "Fatih Karagümrük"ün düşərgəsində olub
Futbol
20 Noyabr , 2020 11:34
Millimizin futbolçusu Superliqa klubunun düşərgəsində olub

"Sumqayıt" klubunun futbolçusu Rüfət Abdullazadə Türkiyə Super Liqasında çıxış edən "Fatih Karagümrük"ün düşərgəsində olub.

"Report" "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, təcrübə xarakterli səfər bir həftəyədək davam edib.

"Sumqayıt" gənc futbolçuların xarici klublarda təcrübə toplaması ilə bağlı bu tip layihələr həyata keçirir. Ötən il Səbuhi Abdullazadə eyni məqsədlə Xorvatiyanın "Osiyek" klubunun düşərgəsində olub. Hər iki oyunçu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləridir.

Son xəbərlər

Orphus sistemi