Millimizin futbolçusu: "Rəqibə şans vermədik"

Millimizin futbolçusu: "Rəqibə şans vermədik" "Yaxşı oyun alındı. Etiraf etməliyik ki, güclü rəqibə qarşı oynadıq və yaxşı oyun sərgilədik".
Futbol
12 Noyabr , 2020 13:26
Millimizin futbolçusu: Rəqibə şans vermədik

"Yaxşı oyun alındı. Etiraf etməliyik ki, güclü rəqibə qarşı mübarizə apardıq və yaxşı oyun sərgilədik".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Sloveniya ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşü barədə danışarkən deyib.

Uzun müddətdən sonra yığmanın heyətində meydana çıxan 25 yaşlı yarımmüdafiəçi yığmadakı yerini itirməməyə çalışacağını bildirib: "Bunun üçün özümü yaxşı tərəfdən göstərməliyəm. Düzdür, Sloveniya ilə qarşılaşmada çərçivəyə dəqiq zərbəmiz qeydə alınmadı. Amma həqiqətən yaxşı oyun sərgilədiyimizi düşünürəm. Topa sahib ola bilirdik, rəqibə də şans vermirdik".

İsgəndərli UEFA Millətlər Liqasında qrupdan çıxma şanslarının az olduğunu etiraf edib: "Şansımız az olsa da, bizim üçün vacib oyunlardır. Monteneqro və Lüksemburqla oyunlara qələbə üçün çıxacağıq. Meydanda əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Millətlər Liqasının V turunda Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda Monteneqronu qəbul edəcək. Komanda iyunun 17-də qrupdakı sonuncu oyununda Lüksemburqun qonağı olacaq. Milli ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını səfərdə keçirir.

Son xəbərlər

Orphus sistemi