Millimizin futbolçusu Niderland klubunda 2-ci qolunu vurdu

Millimizin futbolçusu Niderland klubunda 2-ci qolunu vurdu Ozan Can Kökçü icarə əsasında çıxış etdiyi Niderlandın "Telstar" klubunda qol hesabını açıb
Futbol
17 Aprel , 2021 00:01
Millimizin futbolçusu Niderland klubunda 2-ci qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü icarə əsasında çıxış etdiyi Niderlandın "Telstar" klubunda 2-ci qolunu vurub.

"Report"un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi II Liqanın XXXIV turunun "Ekselsior"la matçında fərqlənib. Oyunçu görüşün 38-ci dəqiqəsində adını tabloya yazdırıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Kökçünün komandası hazırda 40 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə "Sabah" klubuna məxsus olan Ozan Can Kökçü "Telstar"a cari mövsümün sonunadək icarəyə verilib.

Son xəbərlər

Orphus sistemi