Millimizin futbolçusu: "Məhkəmədə bəraət aldıqdan sonra vəziyyət dəyişdi"

Millimizin futbolçusu: "Məhkəmədə bəraət aldıqdan sonra vəziyyət dəyişdi" "Məhkəmədən sonra özümü yaxşı hiss edirəm. Artıq meydana daha sakit çıxır, nə etdiyimi bilirəm"
Futbol
17 Fevral , 2021 15:04
Millimizin futbolçusu: Məhkəmədə bəraət aldıqdan sonra vəziyyət dəyişdi
Eddi İsrafilov

"Məhkəmədən sonra özümü yaxşı hiss edirəm. Artıq meydana daha sakit çıxır, nə etdiyimi bilirəm".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və İspaniyanın "Albasete" komandasının futbolçusu Eddi İsrafilov məhkəmədə bəraət alması barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, günahsızlığı sübuta yetirildikdən sonra futbola daha yaxşı köklənə bilir: "Meydana çıxanda xoş olmayan sözlər eşidir, istəmədiyim hadisələrin şahidi olurdum. Əslində kənardan göründüyü qədər sakit deyildim. Bəraət aldıqdan sonra isə vəziyyət dəyişdi. Burada baş məşqçinin mənə yanaşması, komandanın inamı və qazanılan nəticələr də müsbət rol oynadı. Artıq hər şey çox yaxşıdır".

Qeyd edək ki, 2016-cı ildə İspaniya "Eybar"ında çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunan Eddi İsrafilov yanvarın 19-da bəraət alıb. Digər futbolçular isə iki il həbs cəzasına məhkum edilib.

Son xəbərlər

Orphus sistemi