Millimizin futbolçusu koronavirusdan sağaldı

Millimizin futbolçusu koronavirusdan sağaldı Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin yarımmüdafiəçisi Fərid Nəbiyev dünən növbəti dəfə koronavirus testindən keçib.
Futbol
14 Oktyabr , 2020 12:23
Millimizin futbolçusu koronavirusdan sağaldı
Fərid Nəbiyev

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin yarımmüdafiəçisi Fərid Nəbiyev dünən növbəti dəfə koronavirus testindən keçib.

Bu barədə "Report"a Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən oyunçunun özü məlumat verib.

21 yaşlı futbolçu analizin nəticəsinin mənfi çıxdığını söyləyib: "Sevindiricidir ki, hər şey yaxşıdır. Nəticələr az öncə bilindi. Test mənfi çıxdı. Bu gün karantin müddəti başa çatacaq və sabahdan komanda ilə birlikdə məşqlərə başlayacağam".

Qeyd edək ki, oktyabrın əvvəlində koronavirusa yoluxmuş Fərid Nəbiyev bu səbəbdəb U-21-in Avropa çempionatının seçmə mərhələsində Slovakiya (1:2) və Gürcüstanla (0:1) keçirdiyi oyunları buraxmalı olub.

Son xəbərlər

Orphus sistemi