Millimizin futbolçusu İsveçrə klubuna keçdi

Millimizin futbolçusu İsveçrə klubuna keçdi İsveçrənin "Qrasshopper" klubu Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton"unun futbolçusu Renat Dadaşovu heyətinə cəlb edib.
Futbol
23 Avqust , 2020 20:34
Millimizin futbolçusu İsveçrə klubuna keçdi
Renat Dadaşov

İsveçrənin "Qrasshopper" klubu Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton"unun futbolçusu Renat Dadaşovu heyətinə cəlb edib. 

"Report"un Sürix təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı hücumçu ilə yanaşı, Konnor Ronan da "canavarlar"dan icarəyə götürülüb. 

Dadaşov ötən mövsümün ilk yarısında Portuqaliyanın "Pasuş de Ferreyra" komandasında icarə əsasında çıxış edib. Qış fasiləsindən sonra o, "Vulverhempton"a qayıtsa da, əsas heyətdə özünə yer edə bilməyib. 

Son xəbərlər

Orphus sistemi