Millimizin futbolçusu toplanışa gec qoşulacaq

Millimizin futbolçusu toplanışa gec qoşulacaq Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasete" komandasısabah yenidən bir araya gələcək.
Futbol
267
11 Avqust , 2020 17:14
Millimizin futbolçusu toplanışa gec qoşulacaq

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasete" komandası sabah yenidən bir araya gələcək. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Sequnda təmsilçisi avqustun 12-də təlim-məşq toplanışının növbəti mərhələsinə start verəcək. 

İsrafilovdan başqa bütün oyunçular tibbi müayinədən keçəcəklər. İcazəli olan 28 yaşlı yarımmüdafiəçi hazırlıq prosesinə daha sonra qoşulacaq. 

Qeyd edək ki, "Albasete" 2019/2020 mövsümündə İspaniya Sequndasının sonuncu - 42-ci turunda "Kadis"i 1:0 hesabı ilə məğlub edərək liqada qalmağı bacarıb. 

Son xəbərlər

Orphus sistemi