Millimizin futbolçusu het-trik etdi, komandası darmadağın oldu

Millimizin futbolçusu het-trik etdi, komandası darmadağın oldu Nazarov 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib
Futbol
9 May , 2021 17:23
Millimizin futbolçusu het-trik etdi, komandası darmadağın oldu
Dmitri Nazarov

Almaniyanın II Bundesliqasında XXXII turun oyunları keçirilir.

"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubu evdə "Paderborn"la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:8 hesablı məğlubiyyəti ilə baş çatıb.

Aue təmsilçisinin heyətində hər 3 qolu Nazarov vurub. O, 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. 31 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra "Ertsgebirge" 41 xalla 11-ci pillədə qalıb. Xallarını 46-ya çatdıran "Paderborn" isə 8-ci pilləyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi