Millimizin futbolçusu: "De Byazi klubdakı çıxışımı yaxından izləyəcəyini söylədi"

Millimizin futbolçusu: "De Byazi klubdakı çıxışımı yaxından izləyəcəyini söylədi" "Hər şeydən öncə, Vasili Kobininn qısa fasilədən sonra komandaya yenidən rəhbərlik etməsi xəbəri məni çox sevindirdi. Çünki məni "Minay"a o dəvət edib".
Futbol
18 İyun , 2021 19:32
Millimizin futbolçusu: De Byazi klubdakı çıxışımı yaxından izləyəcəyini söylədi
Rüstəm Əhmədzadə

"Hər şeydən öncə, Vasili Kobininn qısa fasilədən sonra komandaya yenidən rəhbərlik etməsi xəbəri məni çox sevindirdi. Çünki məni "Minay"a o dəvət edib".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və Ukrayna "Minay"ının futbolçusu Rüstəm Əhmədzadə komandasındakı yeni təyinat barədə danışarkən deyib.

21 yaşlı hücumameyyli yarımmüdafiəçi bildirib ki, yeni mövsümün başlamasını səbirsizliklə gözləyir: "Düzdür, hələ də "Minay"ın hansı liqada çıxış edəcəyi dəqiq bilinmir. Amma mənim üçün ən önəmli amil göz önündə olmaq, performansımla hər kəsi məmnun etməkdir. Üstəlik, iyun ayında Azərbaycan millisinin heyətində Belarus və Moldovaya qarşı yoldaşlıq matçılarından sonra baş məşqçimiz Canni De Byazi mənimlə vidalaşanda klub səviyyəsindəki çıxışlarımı yaxından izləyəcəyini söylədi".

Əhmədzadə Azərbaycan millisində oynadığı üçün məmnun olduğunu deyib: "Yığmada mərkəz hücumçusu kimi oynadım. Təəssüf ki, qol vura bilmədim. Ümid edirəm ki, seçmə mərhələnin sentyabrdakı oyunlarında hədəfə düşə biləcəyəm".

Qeyd edək ki, Rüstəm Əhmədzadə Azərbaycan millisində debütü iyunun 3-də Belarusa qarşı keçirilmiş oyuna (2:1) təsadüf edib.

Son xəbərlər

Orphus sistemi