Millimizin baş məşqçisi Ronaldu ilə İbrahimoviçi müqayisə etdi

Millimizin baş məşqçisi Ronaldu ilə İbrahimoviçi müqayisə etdi "Mövsümün hazırkı mərhələsində kimin favorit olduğunu demək çətindir. "Yuventus" hər zaman hamının udmaq istədiyi komanda olacaq".
Futbol
1898
25 Noyabr , 2020 02:36
Millimizin baş məşqçisi Ronaldu ilə İbrahimoviçi müqayisə etdi
Canni De Byazi

"Mövsümün hazırkı mərhələsində kimin favorit olduğunu demək çətindir. "Yuventus" hər zaman hamının udmaq istədiyi komanda olacaq".

"Report"un məlumatına görə, bunları Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında komandaların çempionluq şanslarını dəyərləndirərkən deyib.

63 yaşlı mütəxəxəssis 8 turdan sonra 20 xalla turnir cədvəlinə başçılıq edən "Milan"ın çıxışına təəccübləndiyini bildirib: "Baş məşqçi Stefano Pioli gənclərdən maksimum yararlanaraq, yaxşı balans yarada bilib. Komanda bu mütəxəssislə uzağa gedə bilər. Amma "İnter"dən ehtiyatlanmaq lazımdır. Çünki keyfiyyətli kollektivdir. Antonio Konte təcrübəsi və qətiyyəti sayəsində daha yaxşını edə bilər. Mövsümün sonunda "Milan", "Yuventus", "İnter" və "Roma"nın Çempionlar Liqasına vəsiqə qazanacağını düşünürəm".

"Milan"ın hücumçusu Zlatan İbrahimoviçlə "Yuventus"un forvardı Kriştianu Ronaldunu da müqayisə edən De Byazi isveçli futbolçunun daha qətiyyətli olduğunu vurğulayıb: "Yuventus" Ronaldusuz da güclü olacaq. Əlbəttə ki, bununla portuqaliyalı ulduzun komandası üçün əhəmiyyətini azaltmaq istəmirəm. Çünki bu, axmaqlıq olardı (gülür). Amma xarakterinə görə İbrahimoviç "Milan"ın mütləq lideridir. O, baş məşqçiyə həm gənc futbolçuları, həm də paltardəyişmə otağındakı vəziyyəti idarə etməkdə köməklik göstərir".

Son xəbərlər

Orphus sistemi