Millimizin baş məşqçisi: "Polşada işləmək yaxşı təcrübə olardı"

Millimizin baş məşqçisi: "Polşada işləmək yaxşı təcrübə olardı" "Təqribən 3 il öncə Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqnev Bonek mənimlə əlaqə saxladı. Amma yekunda polşalı mütəxəssisi seçdi"
Futbol
12 İyul , 2021 09:38
Millimizin baş məşqçisi: Polşada işləmək yaxşı təcrübə olardı
Canni De Byazi

"Təqribən 3 il öncə Polşa Futbol Assosiasiyasının prezidenti Zbiqnev Bonek mənimlə əlaqə saxladı. Amma yekunda polşalı mütəxəssisi seçdi".

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Sportowe Fakty" nəşrinə müsahibəsində Polşa millisindən təklif alması barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis 2017-ci ildə Albaniya yığmasından ayrıldıqdan sonra maraqlı təklif gözlədiyini bildirib: "Güclü komanda formalaşdıraraq, maraqlı oyunçularla işləmək istəyirdim. Buna görə də Polşadan mənə zəng gələndə sevindim. Bu ölkədə işləmək mənim üçün yaxşı təcrübə olardı. Amma yığmanın sükanı arxasına keçə bilmədim. Əslində bu, çoxdan olub. Ona görə indi bu məsələni müzakirə etmək mənasızdır".

Qeyd edək ki, Canni De Byazi ötən ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.

Son xəbərlər

Orphus sistemi