Millimizin baş məşqçisi: "İtaliya Belçikanı məğlub edə bilər"

Millimizin baş məşqçisi: "İtaliya Belçikanı məğlub edə bilər" Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa çempionatının 1/4 final mərhələsində bu gün keçiriəcək Belçika - İtaliya oyunu ilə bağlı fikirlərini bölüşüb.
Futbol
2 İyul , 2021 09:00
Millimizin baş məşqçisi: İtaliya Belçikanı məğlub edə bilər
Canni De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa çempionatının 1/4 final mərhələsində bu gün keçiriəcək Belçika - İtaliya oyunu ilə bağlı fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, "Bianconera" radiosuna açıqlama verən 65 yaşlı italiyalı mütəxəssis həmyerlilərinin qələbə qazana biləcəyini söyləyib.

De Byazi 4 qat dünya çempionlarının heyətində yaxşı oyunçuların olduğunu vurğulayıb: "İtaliya Belçikanı məğlub edə bilər. Roberto Mançini ona həlledici imkanlar verən yaxşı heyətə sahibdir".

Təcrübəli baş məşqçi Massimiliano Alleqrinin "Yuventus"a qayıdışını da şərh edib: "Alleqri yenə də yaxşı nəticə göstərəcək. Çünki oyunçularla münasibəti yaxşıdır və taktiki cəhətdən çevikdir".

Qeyd edək ki, bu gün keçiriləcək Belçika - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi