Millimizin baş məşqçisi: "Bir həftəyə 3 oyun keçirmək asan olmayacaq"

Millimizin baş məşqçisi: "Bir həftəyə 3 oyun keçirmək asan olmayacaq" "Azərbaycanda gündəlik təqribən minə yaxın yoluxma olur. Ümumi vəziyyət yaxşıdır".
Futbol
14 Yanvar , 2021 14:53
Millimizin baş məşqçisi: Bir həftəyə 3 oyun keçirmək asan olmayacaq
Canni De Byazi

"Azərbaycanda gündəlik təqribən minə yaxın yoluxma olur. Ümumi vəziyyət yaxşıdır".

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "TMW Radio"ya müsahibəsində deyib.

İtaliyalı mütəxəssis Bakıya qayıdacağı tarixi açıqlayıb: "Ölkədə sərt karantin rejimi tətbiq olunur. Bu, yanvarın 18-də başa çatacaq. Azərbaycana məhz həmin tarixdən sonra yollanacağam".

DÇ-2022-nin seçmə mərhələsinin oyunları barədə də danışan 65 yaşlı baş məşqçi çətin olacağını söyləyib: "Martın 24-də səfərdə Portuqaliya ilə qarşılaşacağıq. Daha sonra Qətər və Serbiya ilə üz-üzə gələcəyik. Bir həftə ərzində 3 görüş keçirəcəyik. Asan oyun olmayacaq. Amma əlimizdən gələni edəcəyik. Oyunlar öncəsi heyətimizin necə olacağını bilmirik".

Qeyd edək ki, martın 24-də Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi, 27-də Qətər, 30-da isə Serbiya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi