Millimizin yeni baş məşqçisi Bakıya gəldi

Millimizin yeni baş məşqçisi Bakıya gəldi Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.
Futbol
10 Avqust , 2020 15:04
Millimizin yeni baş məşqçisi Bakıya gəldi
Джанни де Бьязи

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” -  “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

64 yaşlı baş məşqçi COVİD-19 testi verib və analizinin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

C. De Byazi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.

Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi