Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin ¼ finalındakı rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu, son çempion Portuqaliyadır.
Pireneylilər A qrupunun son matçında Ukraynanı məğlub edib - 1:0.
Qeyd edək ki, Azərbaycan millisinin görüşü iyunun 25-də Portuqaliyanın Nazare şəhərində keçiriləcək.