"Neftçi"nin qapıçısı ilk dəfə Azərbaycan millisinə dəvət olundu

"Neftçi"nin qapıçısı ilk dəfə Azərbaycan millisinə dəvət olundu Slovakiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub
Futbol
23 Yanvar , 2021 14:05
Neftçinin qapıçısı ilk dəfə Azərbaycan millisinə dəvət olundu

Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.

Federasiyadan "Report"a verilən məlumata görə, qapıçı Cavad Məmmədov ilk dəfə əsas yığmanın düşərgəsinə qovuşub.

20 yaşlı qolkiper “Neftçi” İK-nın üzvüdür.

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi