Millimizə uduzan Kiprin məşqçisi hakimlərə etiraz etdi

Millimizə uduzan Kiprin məşqçisi hakimlərə etiraz etdi UEFA Millətlər Liqasının II turunda Azərbaycan yığmasına uduzan Kiprin məşqçisi Mixalis Konstantinu hakimlərə kəskin etiraz edib.
Futbol
9 Sentyabr , 2020 09:53
Millimizə uduzan Kiprin məşqçisi hakimlərə etiraz etdi

UEFA Millətlər Liqasının II turunda Azərbaycan yığmasına uduzan Kiprin məşqçisi Mixalis Konstantinu hakimlərə kəskin etiraz edib. 

"Report"un məlumatına görə, Yohan Valemin köməşçisi olan 42 yaşlı mütəxəssis qarşılaşma başa çatdıqdan sonra slovakiyalı Filip Qlovanın rəhbərlik etdiyi briqadaya tərəf gedib və narazı olduğunu bildirib. 

Onun iradının konkret hansı epizodla bağlı olduğu bəlli deyil. 

Qeyd edək ki, Nikosiyada GSP stadionundakı matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb, görüşdə yeganə qolu 29-cu dəqiqədə Maksim Medvedev vurub. 

Son xəbərlər

Orphus sistemi