Millimiz "Yuventus" stadionunda son məşqə çıxdı

Millimiz "Yuventus" stadionunda son məşqə çıxdı Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi matçdan öncə son məşqinə çıxıb.
Futbol
23 Mart , 2021 23:00
Millimiz Yuventus stadionunda son məşqə çıxdı

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi matçdan öncə son məşqinə çıxıb.

"Report" xəbər verir ki, İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi