FIFA yeni reytinqi saytından niyə çıxardı?

FIFA yeni reytinqi saytından niyə çıxardı? FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Futbol
26 Noyabr , 2020 14:02
FIFA yeni reytinqi saytından niyə çıxardı?

FIFA milli komandaların yeni reytinq cədvəlini saytından çıxarıb.

"Report" xəbər verir ki, quruma üzv olan federasiyalara göndərilmiş məktubda səbəb kimi argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı göstərilib.

Yeni reytinq siyahısının nə zaman bərpa olunacağı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan millisi noyabr reytinqində 5 pillə irəliləyərək, 109-cu mövqedə qərarlaşıb.

12:55

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

"Report" xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.

Hazırda yığma 1180 xalla 109-cu sırada qərarlaşıb.

İrəliləyişə səbəb yığmanın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro bir pillə irəliləyib və 1370 xalla 63-cü sıradadır. Üç pillə geriləyən Lüksemburq seçməsə 1235 xalla 98-ci, bir pillə geriləyən Kipr isə 1224 xalla 100-cüdür.

1487 xala malik Türkiyə millisi 32-ci pilləyə yüksəlib.

Reytinqin ilk üç pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.

Son xəbərlər

Orphus sistemi