Millimiz Çexiyaya böyük hesabla uduzdu

Millimiz Çexiyaya böyük hesabla uduzdu Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Futbol
3463
27 Oktyabr , 2020 22:30
Millimiz Çexiyaya böyük hesabla uduzdu

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Xomutov şəhərində Çexiya yığması ilə qarşılaşan komanda 0:3 hesabı ilə məğlub olub. Hesabı 27-ci dəqiqədə Klara Kahinova açıb. 52-ci dəqiqədə Tereza Krejçirikova fərqi artırıb. Tereza Şeveçkova isə 64-cü dəqiqədə yekun nəticəni müəyyənləşdirib.

Qrupun digər oyununda Polşa səfərdə Moldovanı eyni hesabla yenib.

Bu nəticələrdən sonra Polşa 7 oyundan 14 xalla liderliyə yüksəlib. İspaniya 5, Çexiya 7 oyundan 13 xalla 2-3-cü yerləri bölüşür. Moldova 5 matçdan 3 xalla 4-cü yerdə gedirsə, 6 qarşılaşmasının hamısından məğlub ayrılan Azərbaycan yığması sonuncudur.

Son xəbərlər

Orphus sistemi