Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək 26-28 mayda təşkil olunacaq turnirdə Özbəkistan və Tunis seçmələri də qüvvəsini sınayacaq
Futbol
125
6 May , 2021 15:08
Millimiz beynəlxalq turnirdə iştirak edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

26-28 mayda təşkil olunacaq turnirdə Özbəkistan və Tunis seçmələri də qüvvəsini sınayacaq. Azərbaycan millisi meydan sahibləri ilə qarşılaşacaq. Digər matçda isə Tunis və Özbəkistan yığmaları üz-üzə gələcək. Final və 3-cü yer uğrunda matçlar mayın 28-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirə hazırlıq məqsədi ilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Son xəbərlər

Orphus sistemi