Milli komandanın sabiq futbolçusu qətlə yetirilib

Milli komandanın sabiq futbolçusu qətlə yetirilib Zimbabve milli komandasının sabiq futbolçusu Çarlz Yohan qətlə yetirilib.
Futbol
16 Fevral , 2022 18:35
Milli komandanın sabiq futbolçusu qətlə yetirilib

Zimbabve milli komandasının sabiq futbolçusu Çarlz Yohan qətlə yetirilib.

"Report" xəbər verir ki, 48 yaşlı veteran yarımmüdafiçi Soeto şəhərində avtomobil oğrularının silahlı hücumuna məruz qalıb. Bu yaxınlarda taksi şirkətlərinin birində işə başlamış Yohanın meyiti fevralın 15-də tapılıb.

Qeyd edək ki, Çarlz Yohanın futbolçu karyerası Afrika klubları ilə bağlı olub. O, 1996 - 2007-ci illərdə çıxış etdiyi yığmada 23 oyun keçirib və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi