Milli komandanın sabiq futbolçusu hoteldə yıxılaraq ölüb

Milli komandanın sabiq futbolçusu hoteldə yıxılaraq ölüb Nigeriya millisinin sabiq futbolçusu Castis Kristofer faciəvi hadisə nəticəsində dünyasını dəyişib.
Futbol
264
9 Mart , 2022 18:23
Milli komandanın sabiq futbolçusu hoteldə yıxılaraq ölüb

Nigeriya millisinin sabiq futbolçusu Castis Kristofer faciəvi hadisə nəticəsində dünyasını dəyişib.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi hotel otağında yıxılaraq ağır xəsarət alıb.

40 yaşlı keçmiş oyunçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2001 - 2002-ci illərdə yığmaya dəvət almış Castis Kristofer 11 oyunda meydana çıxıb. O, karyerası ərzində Belçikanın "Anverpen", Bolqarıstanın "Levski" (Sofiya) və Rusiyanın "Alaniya" klublarının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi