Milli komandanın sabiq futbolçusu həbs edilib

Milli komandanın sabiq futbolçusu həbs edilib Əlcəzair millisinin və Fransanın "Lans" klubunun sabiq futbolçusu Valid Meslub həbs edilib.
Futbol
5 aprel 2022 19:28
Milli komandanın sabiq futbolçusu həbs edilib

Əlcəzair millisinin və Fransanın "Lans" klubunun sabiq futbolçusu Valid Meslub həbs edilib.

"Report" xəbər verir ki, veteran yarımmüdafiəçi çirkli pulların yuyulmasında və narkotik maddələrin dövriyyəsində ittiham olunur.

O, Loryan məhkəməsinin qərarı 2 il şərti həbs cəzası alıb, həmçinin 30 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Valid Meslub Fransada "Lans"la yanaşı, "Versal", "İstr", "Havr" və "Loryan" klublarının da şərəfini qoruyub. O, Əlcəzair millisində 7 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi