Milli komandanın futbolçularında dopinq aşkarlandı

Milli komandanın futbolçularında dopinq aşkarlandı Avstriyanın "Zaltsburq" komandasının futbolçuları Məhəmməd Kamara və Seku Koytadan noyabrın 22-də götürülmüş dopinq testləri müsbət nəticə verib.
Futbol
602
22 Dekabr , 2020 18:34
Milli komandanın futbolçularında dopinq aşkarlandı

Avstriyanın "Zaltsburq" komandasının futbolçuları Məhəmməd Kamara və Seku Koytadan noyabrın 22-də götürülmüş dopinq testləri müsbət nəticə verib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, onlar qadağan olunmuş maddəni Mali yığmasının düşərgəsində yüksəklik xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanın tərkibində qəbul ediblər.

Hər iki futbolçu həmin vaxt Afrika Millətlər Kubokunun Nambiya ilə səfər oyununda meydana çıxıb. Qarşılaşma dəniz səviyyəsindən 1 700 metr hündürlükdə yerləşən stadionda keçirilib.

Klubdan verilən açıqlamada futbolçuların buna görə hər hansı cəza almayacağı və komandada qalacağı, həmçinin məsələni aydınlaşdırmaq üçün UEFA və əlaqədar qurumlarla əməkdaşlıq ediləcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi