Aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi təyinatları təsdiqlənib

Aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi təyinatları təsdiqlənib Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbol
11 Fevral , 2019 20:01
Aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi təyinatları təsdiqlənib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirilmiş iclasda qərarlar açıqlanıb.

Toplantıda aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi təyinatları təsdiqlənib. Azərbaycanın U-21 komandası Milan Obradoviçə, U-19 yığması Samir Əliyevə, U-15 və U-16 komandaları isə Miloş Velebitə həvalə olunub. 

Miloş Velebit eyni zamanda U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, Azərbaycanın əsas milli komandasındakı baş məşqçi postuna xorvatiyalı Nikola Yurçeviç təyin olunub. 

Son xəbərlər

Orphus sistemi