Millətlər Liqasının oyunu koronavirus səbəbindən keçirilməyəcək

Millətlər Liqasının oyunu koronavirus səbəbindən keçirilməyəcək UEFA Millətlər Liqasının B liqasının II turunda keçirilməli olan Çexiya - Şotlandiya oyunu baş tutmayacaq.
Futbol
5 Sentyabr , 2020 09:42
Millətlər Liqasının oyunu koronavirus səbəbindən keçirilməyəcək

UEFA Millətlər Liqasının B liqasının II turunda keçirilməli olan Çexiya - Şotlandiya oyunu baş tutmayacaq.

"Report"un məlumatına görə, bu barədə Çexiya Futbol Federasiyasının nümayəndəsi Mixal Yurman yerli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yığmanın heyətində koronavirusa 2 yoluxma halı qeydə alındığından komandanın sözügedən matçda iştirak etməməsinə qərar verilib.

Qeyd edək ki, görüş sentyabrın 7-də Olomuts şəhərində oynanılmalı idi. Çexiya ilk turda səfərdə Slovakiyanı 3:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi