Millətlər Liqası: Final mərhələsinin ən yaxşı qolları açıqlandı

Millətlər Liqası: Final mərhələsinin ən yaxşı qolları açıqlandı 2019-cu ildə UEFA Millətlər Liqasının final turnirində vurulmuş ən yaxşı qollar açıqlanıb.
Futbol
9 İyun , 2020 13:35
Millətlər Liqası: Final mərhələsinin ən yaxşı qolları açıqlandı

2019-cu ildə UEFA Millətlər Liqasının final turnirində vurulmuş ən yaxşı qollar açıqlanıb. 

"Report"un məlumatına görə, bu, Avropa futbol qurumunun hesabatında əksini tapıb. Qurumun texniki müşahidəçiləri bütün qolları təhlil edib və texniki meyarları nəzərə alaraq ilk 4 qolu müəyyənləşdirib. 

Həmin qollardan 3-nü İtaliya "Yuventus"unda çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu vurub. 35 yaşlı hücumçunun yarımfinalda İsveçrəyə vurduğu qollar ən yaxşı seçilib. 

Komandasının bütün qollarının müəllifi olan Ronaldunun 88-ci dəqiqədə vurduğu top ilk pillədə qərarlaşıb. Onun eyni komandaya 90-cı dəqiqədəki qolu ikinci, 25-ci dəqiqədəki qolu isə üçüncü olub. 4-cü yerə isə Niderland yığmasının yarımmüdafiəçisi Matteys De Liqtin İngiltərəyə vurduğu qol layiq görülüb. 

Qeyd edək ki, Portuqaliya finalda Niderlandı 1:0 hesabı ilə üstələyərək Millətlər Liqasının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi