Milimizin hücumçusu: "Rəqiblərimiz dişimizə görədir"

Milimizin hücumçusu: "Rəqiblərimiz dişimizə görədir" Düşdüyümüz qrup normaldır. Bu komandalarla oyunlarda nəticə qazanmaq mümkündür.
Futbol
4 Mart , 2020 10:02
Milimizin hücumçusu: Rəqiblərimiz dişimizə görədir

"Düşdüyümüz qrup normaldır. Bu komandalarla oyunlarda nəticə qazanmaq mümkündür".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov UEFA Millətlər Liqasının püşkünün nəticəsini dəyərləndirərkən deyib.

"Zirə" klubunda çıxış edən 27 yaşlı hücumçunun sözlərinə görə, yığma daha çətin rəqiblərlə də düşə bilərdi: "Hər üç komanda normal rəqibdir. Ümid edirəm ki, onlara qarşı yaxşı mübarizə apara bilərik. Ümumiyyətlə, Millətlər Liqasındakı rəqiblərimiz dişimizə görədir. Sadəcə, uğura inanmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqroya rəqib olub.

Son xəbərlər

Orphus sistemi