Millətlər Liqası: İspaniyadan darmadağın, Türkiyə ilk xalını qazandı

Millətlər Liqası: İspaniyadan darmadağın, Türkiyə ilk xalını qazandı Bu gün UEFA Millətlər Liqasında II tura start verilib.
Futbol
7 Sentyabr , 2020 00:40
Millətlər Liqası: İspaniyadan darmadağın, Türkiyə ilk xalını qazandı

UEFA Millətlər Liqasında II tura start verilib. 

"Report"un məlumatına görə, A, B, C və D Liqalarında 10 qarşılaşma baş tutub.

İlk turda İspaniya ilə 1:1 hesablı heç-heçə edən Almaniya A Liqasının 4-cü qrupunda İsveçrənin qonağı olub. Bundestim bu dəfə də qələbə qazana bilməyib. İspaniya isə evdə Ukrayna komandasını darmadağın edib. 

B Liqasının 3-cü qrupunda gözlənilmədən Macarıstana uduzan Türkiyə yığması səfərdə Serbiya ilə üz-üzə gəlib. "Ay-ulduzlular" 49-cu dəqiqədən etibarən 1 nəfər azlıqda oynayan rəqibi ilə bacarmayıb - 0:0.

6 sentyabr

UEFA Millətlər Liqası
II tur

A Liqası

4-cü qrup

22:45. İspaniya - Ukrayna - 4:0

Qollar: Serxio Ramos, 2 (pen.), 29, Ansu Fati, 32, Ferran Torres, 84

22:45. İsveçrə - Almaniya - 1:1

Qollar: Silvan Vidmer, 58 - İlkay Gündoğan, 14

Xal durumu: İspaniya - 4, Ukrayna - 3, Almaniya - 2, İsveçrə - 1. 

B Liqası

3-cü qrup

20:00. Macarıstan - Rusiya - 2:3

Qollar: Roland Şallai, 62, Nemanya Nikoliç, 70 - Anton Mirançuk, 15, Maqomed Ozdoyev, 34, Mario Fernandes

22:45. Serbiya - Türkiyə - 0:0

Qırmızı: Aleksandar Kolarov, 49

Xal durumu: Rusiya - 6, Macarıstan - 3, Türkiyə - 1, Serbiya - 1

4-cü qrup

17:00. Uels - Bolqarıstan - 1:0

Qol: Neko Uilyams, 90+5

20:00. İrlandiya - Finlandiya - 0:1

Qol: Fredrik Yensen, 64

Xal durumu: Uels - 6, Finlandiya - 3, İrlandiya - 1, Bolqarıstan - 1. 

C Liqası

3-cü qrup

20:00. Sloveniya - Moldova - 1:0

Qol: Damyan Bohar, 28

22:45. Kosovo - Yunanıstan - 1:2

Qollar: Bernard Berişa, 82 - Dimitris Limnios, 2, Dmitrios Siovas, 51

Xal durumu: Sloveniya - 4, Yunanıstan - 4, Kosovo - 1, Moldova - 1

D Liqası 

1-ci qrup

17:00. Andorra - Farer adaları - 0:1

Qol: Klemint Olsen, 32

22:45. Malta - Latviya - 1:1

Qollar: Kirian Nvoko, 15 - Mettyu Vilomye, 25 (avtoqol)

Xal durumu: Farer adaları - 6, Latviya - 2, Andorra - 1, Malta - 1.

Son xəbərlər

Orphus sistemi