Millətlər Liqası: İspaniya İsveçrəni, Almaniya Ukraynanı məğlub etdi

Millətlər Liqası: İspaniya İsveçrəni, Almaniya Ukraynanı məğlub etdi UEFA Millətlər Liqasında III tura start verilib.
Futbol
11 Oktyabr , 2020 00:36
Millətlər Liqası: İspaniya İsveçrəni, Almaniya Ukraynanı məğlub etdi

UEFA Millətlər Liqasında III tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə A, C və D liqalarında 7 görüş keçirilib.

A Liqasının 4-cü qrupunda Almaniya Ukraynanı səfərdə, İspaniya isə İsveçrəni evdə məğlubiyyətə uğradıb. Nəticədə İspaniya liderliyini qoruyub, Almaniya isə Ukraynanı keçərək, 2-ci yerə yüksəlib.

C Liqasının 1-ci qrupunda Azərbaycan millisini 2:0 hesabı ilə yenən Monteneqro liderliyini möhkəmlədib. Kiprə eyni hesabla qalib gələn Lüksemburq isə 2-ci yerdə gedir. Azərbaycan 3 xalla 3-cü, xalsız Kipr isə sonuncudur.

D Liqasının 1-ci qrupunda Farer adaları Latviya ilə qollu, Andorra Malta ilə qolsuz heç-heçə edib. 2-ci qrupda isə Cəbəllütariq səfərdə Lixtenşteyni minimal hesabla yenib.

10 okyabr

UEFA Millətlər Liqası
III tur

A Liqası

4-cü qrup

22:45. Ukrayna - Almaniya - 1:2

Qollar: Ruslan Malinovski, 77 (pen.) - Mattias Ginter, 20. Leon Qoretska, 49

22:45. İspaniya - İsveçrə - 1:0

Qol: Mikel Oyarsabal, 14

Xal durumu: İspaniya - 7, Almaniya - 5, Ukrayna - 3, İsveçrə - 1.

C Liqası

1-ci qrup

17:00. Monteneqro - Azərbaycan - 2:0

Qollar: Stevan Yovetiç, 9. İqor İvanoviç, 71

17:00. Lüksemburq - Kipr - 2:0

Qollar: Danel Sinani, 12; 26

Xal Durumu: Monteneqro - 9, Lüksemburq - 6, Azərbaycan - 3, Kipr - 0

D Liqası

1-ci qrup

20:00. Farer adaları - Latviya - 1:1

Qollar: Odmar Feryo, 28 - Yanis İkaunieks, 25

22:45. Andorra - Malta - 0:0

Xal durumu: Farer adaları - 7, Latviya - 3, Malta - 2, Andorra - 2.

2-ci qrup

20:00. Lixtenşteyn - Cəbəllütariq - 0:1

Qol: Tjey De Barr, 10

Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 3, San Marino - 0.

Son xəbərlər

Orphus sistemi