Millətlər Liqası: Fransa və Portuqaliya qələbə qazandı

Millətlər Liqası: Fransa və Portuqaliya qələbə qazandı UEFA Millətlər Liqasında I tura yekun vurulub.
Futbol
785
6 Sentyabr , 2020 00:35
Millətlər Liqası: Fransa və Portuqaliya qələbə qazandı

UEFA Millətlər Liqasında I tura yekun vurulub. 

"Report"un məlumatına görə, 3-cü oyun günündə 9 qarşılaşma baş tutub.

C Liqasının 1-ci qrupunda mübarizəyə qoşulan Azərbaycan millisi ilk turda Lüksemburqa 1:2 hesabı ilə uduzub. Qrupun digər matçında Monteneqro səfərdə Kipri məyus edib - 2:0. 

A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanı minamal hesabla üstələyib - 1:0. Belçika isə Danimarka ilə görüşdən qalib ayrılıb - 2:0. 

3-cü qrupda Portuqaliya evdə Xorvatiyanı məğlub edib - 4:1, İsveç isə son dünya çempionu Fransaya uduzub - 0:1

UEFA Millətlər Liqası, I tur

5 sentyabr

A liqası

2-ci qrup

20:00. İslandiya – İngiltərə - 0:1 

Qol: Rahim Sterlinq, 90 (Pen)

22:45. Danimarka – Belçika - 0:2 

Qol, Ceyson Denayer, 9. Dris Mertens, 77

3-cü qrup

22:45. Portuqaliya - Xorvatiya - 4:1 

Qol: Joau Kanselu, 41. Diogo Jota, 58. Joau Feliks - Bruno Petkoviç, 90+1 

22:45. İsveç - Fransa - 0:1 

Qol: Kilian Mbappe, 41

C liqası

1-ci qrup

20:00. Azərbaycan – Lüksemburq - 1:2 

Qollar: Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48 (avtoqol), Gerson Rodriges, 72

20:00. Kipr – Monteneqro - 0:2 

Qollar: Stefan Yovetiç, 60, 73

2-ci qrup

17:00. Şimali Makedoniya – Ermənistan - 2:1 

Qollar: Ezgijan Alioski, 4 (pen), İliya Nestorovski, 38 (pen) - Tigran Barseghyan, 90 (pen) 

20:00. Estoniya – Gürcüstan - 0:1

Qol: Nika Katçarava, 32

D liqası

2-ci qrup

17:00. Cəbəllütariq – San-Marino - 1:0 

Qol: Graeme Torrilla

Orphus sistemi