Millətlər Liqası: Azərbaycan yığması Belarusu qəbul edir

Millətlər Liqası: Azərbaycan yığması Belarusu qəbul edir Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Futbol
13 İyun , 2022 07:30
Millətlər Liqası: Azərbaycan yığması Belarusu qəbul edir

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarus seçməsini qəbul edəcək.

"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək.

Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1.

Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var.

UEFA Millətlər Liqası

IV tur

20:00. Azərbaycan - Belarus

Baş hakim: Anastasios Papapetru (Yunanıstan)

Bakı. "Dalğa Arena"

Son xəbərlər

Orphus sistemi