"Milan" Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzatdı

"Milan" Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzatdı İtaliyanın "Milan" klubu futbolçusu Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzadıb
Futbol
23 Aprel , 2021 01:27
Milan Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzatdı
Zlatan İbrahimoviç

İtaliyanın "Milan" klubu futbolçusu Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sövdələşmə 2022-il ilədək nəzərdə tutulub.

Daha əvvəl 40 yaşlı hücumçunun mövsümlük əmək haqqının 7 milyon avro olacağına dair məlumatlar yayılıb. İsveçli forvardın anlaşmasında bonuslar da nəzərdə tutulub.

Qeyd edək ki, Zlatan İbrahimoviç "Milan"a 2020-ci ilin yanvarında ABŞ-ın "Los Angeles Qelaksi" klubundan keçib. O, 2010 - 2020-ci illərdə də "qara-qırmızı" forma geyinib. İbrahimoviç cari mövsümdə klubun heyətində 24 oyunda 17 qol vurub.

Son xəbərlər

Orphus sistemi