"Milan" "Yuventus"u darmadağın etdi

"Milan" "Yuventus"u darmadağın etdi İtaliya A Seriyasında XXXV turun mərkəzi görüşü "Yuventus" və "Milan" komandaları arasında keçirilib.
Futbol
195
10 May , 2021 00:48
Milan Yuventusu darmadağın etdi

İtaliya A Seriyasında XXXV turun son görüşü "Yuventus" və "Milan" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Turindəki "Alyants - Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 45+1-ci dəqiqədə Braim Dias açıb. 58-ci dəqiqədə "Milan"ın futbolçusu Frank Kessi penaltini dəqiq yerinə yetirə bilməyib. 66-cı dəqiqədə isə Zlatan İbrahimoviç zədələnərək, əvəzlənməli olub. Onun yerinə meydana çıxan Ante Rebiç 78-ci dəqiqədə fərqi artırıb. Son nöqtəni isə 82-ci dəqiqədə Fikayo Tomori qoyub.

Bununla da xalını 72-yə çatdıran "Milan" 3-cü pillədə qərarlaşıb. "Yuventus" isə sona 3 tur qalmış 69 xalla 5-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi