İtaliya Kubokunun yarımfinal matçında rekord göstərici

İtaliya Kubokunun yarımfinal matçında rekord göstərici Milanın “San Siro” stadionunda İtaliya Kubokunun Milan və Yuventus komandaları arasında keçirilən birinci yarımfinal matçını 72 738 azarkeş izləyib.
Futbol
14 Fevral , 2020 05:16
İtaliya Kubokunun yarımfinal matçında rekord göstərici

Milanın “San Siro” stadionunda İtaliya Kubokunun "Milan" və "Yuventus" komandaları arasında keçirilən birinci yarımfinal matçını 72 738 azarkeş izləyib.

“Report” xəbər verir ki, bu, yarışın yarımfinal mərhələsi üçün ən yüksək göstərici olub.

"Milan" – “Yuventus” görüşü 1:1 hesabı ilə başa çatıb. Xorvat hücumçusu Ante Rebiçin 61-ci dəqiqədə vurduğu qola turinlilər ikinci hissəyə əlavə edilmiş vaxtda Kriştianu Ronaldunun qolu ilə cavab veriblər. 

Meydan sahibləri matçı azlıqda başa vurublar. Qarşılaşmanın 72-ci dəqiqəsində Teo Ernandes meydandan qovulub. Turinin "Yuventus Stadium" stadionunda cavab oyunu martın 4-də olacaq.

Daha əvvəl bu stadionda İtaliya Kubokunun başqa yarımfinal görüşü keçirilib. Həmin matçda "İnter" "Napoli”ni qəbul edib. Qarşılaşma “Napoli”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı stadionda 59601 azarkeş izləyib.

Son xəbərlər

Orphus sistemi